Beynəlxalq Parlament Konfrasının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər FOTO

07.12.2024

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Parlamentarizm: Ənənələr və Perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfrasının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

APA xəbər verir ki, əvvəlcə Fəxri Xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarına əklil qoyulub, onun xatirəsi anılıb.

Daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının məzarları ziyarət olunub.

Konfrans iştirakçıları adından "Əbədi məşəl" kompleksinə əklil qoyulub.

Bunun ardınca ziyarətçilət Türk Şəhidliyinə də gedərək, onların ruhuna hörmət və ehtiramlarını bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью