Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. Azərbaycan Ordusunun 2020-ci ildə apardığı və qalibiyyətlə başa çatan 44 günlük Vətən müh
Dörd ildir ki, Azərbaycan xalqı qalib xalq kimi yaşayır. Ötən il keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində dövl
Prezident İlham Əliyev çıxışlarında bildirdiyi kimi, bu Qələbə bizimlə əbədi olacaq.
Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.
Buna baxmayaraq, bəzi ölkələr Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul edə bilmirlər.
Onlar hər vəchlə Ermənistanı danışıqlar prosesindən yayındırmağa çalışır, sülh sazişini imzalamamağa təhrik edirlər.
İrəvan belə ölkələrdən həm silah-sursat, həm də siyasi dəstək alır.
Əlbəttə, söhbət ilk növbədə Fransadan, Parisin təsirinin güclü olduğu Avropa ölkələrindən, ABŞ-dəki, Avropa İttifaqındakı bəzi qüvvələrdən gedir.