Beynəlxalq Qarabağ Forumunun adı dəyişdirildi FOTO

13.12.2025

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Qarabağ Forumu İdarə heyətinin onlayn formatda növbəti iclası keçirilib. İclasa təşkilat rəhbərləri , elm adamları , o cümlədən Azərbaycandan Akif Nağı , Şamil Mehdi , Novrhz Novruzov , Səidə İsmayılzadə , Türkiyədən Ziya Zakir Acar, Cafer Dal, Rusiya təmsilçiləri Elşən İbrahimov , Təhmasib Zeynalov , Ukraynadan Qulu İbrahimov , İsveçdən Ülviyyə Nəcəfova , Almaniyadan Burzu Qılıncxanov  qatılıb.

Moderator.az xəbər verir ki, A.Nağı iclası açaraq qurumun adının , formatının dəyişdirilməsi , əsas fəaliyyət istiqamətləri , hədəfləri ilə bağlı təkliflərini verib.

Geniş müzakirələrdən sonra ölkədə və dünyada yaranmış yeni şəraitə uyğun olaraq qurumun adının "Qarabağ-Zəngəzur Forumu (QZF)" formasında dəyişdirilməsi qərara alınıb. Həmçinin Forumda tarix , siyasət , mədəniyyət sahələrinə dair müzakirələrin keçirilməsi , müəyyən məsələlərlə bağlı konseptual sənədlərin hazırlanıb ölkə və beynəlxalq qurumlara çatdırılması , Qarabağ və Zəngəzur həqiqətlərinin beynəlxalq birliyə çatdırılması , düzgün ictimai rəyin formalaşdırılmasına dəstək verilməsi , konfrans , dəyirmi masa və bu cür digər tədbirlərin keçirilməsi kimi fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Gənclərlə təmasların qurulması , birgə layihələrin həyata keçirilmısi , onların ümummilli işlərə cəlb ediməsinin vacibliyi xüsusi olaraq qeyd edilib.  Sonda Forumun fəaliyyət rejimi və digər texniki-təşkilati məsələlər razılaşdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью