Beynəlxalq reqatanın mükafatçıları

09.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 7-də Gürcüstanın Batumi şəhərində kayak və kanoe növləri üzrə təşkil olunan beynəlxalq super sprint reqatası başa çatıb. Azərbaycan Su İdmanı Federasiyasının idmançıları uğurlu nəticə əldə ediblər.

Super sprint qaydalarına əsasən 100 metr məsafəyə keçirilən yürüşlərdə Hüseyn Səmədli kanoe qayığında finiş xəttini üçüncü keçib. Amil Ramazanov isə kayak qayığında yarışı ikinci yerdə tamamlayıb.

Beləliklə, idmançılarımız beynəlxalq reqatada 1 gümüş və 1 bürünc medal qazanıblar.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью