Icma.az, Azertag portalına istinadən məlumat verir.
Xaçmaz, 20 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 20-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, region üzrə 9 mərkəzdə təşkil olunan müsabiqədə ümumilikdə 2869 şagird iştirak edib.
Müsabiqə şagirdlərin problem həlletmə bacarıqlarını, məntiqini və riyazi mülahizələrini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir.
Sözügedən müsabiqə hər il dünyanın 80-dən çox ölkəsində “Həll edirik, öyrənirik, əylənirik” şüarı altında təşkil olunur.