Beynəlxalq Şahmat Festivalı başa çatıb

24.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan “Shamakhi Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, qrupunda 9 oyundan 8 xal toplayan Əhməd Əhmədzadə 1-ci yeri tutub. Hərəyə 7 xalı olan Vüqar Manafovla Xəzər Babazadə 2-3-cü yerləri bölüşüblər.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Xəzər Babazadə rapid, Tunar Davudov isə blitsdə birincilik əldə edib.

Bağlanış mərasimində qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub. Yarışın qalibi 5 000 manat qazanıb.

Qeyd edək ki, turnirdə ümumilikdə 107 şahmatçı mübarizə aparıb. “Azərbaycan Şahmat Turu” çərçivəsində növbəti yarış “Vugar Gashimov Open” olacaq.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью