Beynəlxalq Şahmat Festivalının açılışı

01.05.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Kristal Zalın Sərgi mərkəzində Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open – 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. AŞF-nin prezidenti Mahir Məmmədov festivalda rekord sayda – 980 iştirakçının mübarizə apardığını bildirib. O, Azərbaycanın dünyada aparıcı şahmat ölkələrindən biri kimi tanındığını qeyd edib. Qurum rəsmisi dövlət tərəfindən şahmata yüksək səviyyədə qayğı göstərildiyini vurğulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda şahmat ənənəsini olduğunu bildirib. O, idmançıların beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etdiyini söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyev bütün idman növlərinə yüksək səviyyədə qayğı göstərir.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью