Beynəlxalq şahmat yarışının qalibləri

01.08.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan “Vugar Gashimov Open 2026” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, A qrupunda 7,5 xal toplayan Tunar Davudov yarışın qalibi adını qazanıb.

Eyni xala malik Loğman Quliyev əlavə göstəricilərə görə ikinci yeri tutub. Hesabında 7 xal olan Vüqar Manafov üçüncü pillədə qərarlaşıb.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Rapiddə Murad İbrahimli, blitsdə isə Rüstəm Rüstəmov birinci olub.

Turnirin bağlanış mərasimində qalib və mükafatçılara medal, diplom və pul mükafatları təqdim edilib.

Qeyd edək ki, “Azərbaycan Şahmat Turu” çərçivəsində növbəti yarış sentyabrın 3-10-u aralığında keçiriləcək “Guba Open” olacaq.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью