Beynəlxalq səyahətçilər Azıx mağarasına getdilər

08.10.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Məşhur MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, beynəlxalq səyahətçilər heyəti səfər çərçivəsində Xocavənd rayonundakı Azıx mağarasının yerləşdiyi əraziyə gəlib.
Qeyd edək ki, beynəlxalq səyahətçilər bu gün həmçinin Şuşa və Ağdam rayonlarına da səfər edəcəklər.
Onların oktyabrın 9-da Kəlbəcər-Ağdərə-Laçın, oktyabrın 10-da isə Zəngilan-Cəbrayıl-Füzuli marşrutları üzrə hərəkət etmələri planlaşdırılıb. (Report.az)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью