Beynəlxalq tədbirlərin keçirildiyi bir ünvana çevrilən ölkəmiz COP29 beynəlxalq tədbirini …
Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir. "Beynəlxalq tədbirlərin keçirildiyi bir ünvana çevrilən ölkəmiz COP29 beynəlxalq təd
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun qiymətləndirilməsi deməkdir.
Ölkəmizə qarşı bəzi Qərb ölkələri tərəfindən həyata keçirilən bütün qaryaxmalara və boykot təbliğatına baxmayaraq, Azərbaycan COP29 beynəlxalq tədbirini uğurla həyata keçirir.
Beynəlxalq ictimaiyyətin tədbirə göstərdiyi diqqət ölkəmizin dünya iqlim diplomatiyası sahəsində qazandığı böyük bir uğur kimi qiymətləndirilməldir.
Qeyd etmək lazımdır ki, tədbirdə 196 ölkədən 72 min iştirakçı, o cümlədən 80 prezident, vitse-prezident və baş nazirin iştirakı Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirdi".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, COP29 tədbiri çərçivəsində bir çox mühüm razılaşmalar əldə olunmuşdur: "Bütün bunların iqlim dəyişiklikləri ilə mübarizə sahəsində yeni nailliyyətlərin əldə olunmasına töhfə verəcəyi şübhəsizdir.
Xüsusilə qeyd etmək lazımdır ki, tədbir çərçivəsində əldə olunmuş ən böyük nailiyyət Paris sazişi çərçivəsində həllini tapmamış karbon bazarlarının tənzimlənməsini nəzərdə tutan 6-cı maddə ilə əlaqədardır.
Tam oxu
Xəbəri oxu