Icma.az bildirir, Bizim media portalına istinadən.
2027-ci ildə ölkə daxilində və xaricində beynəlxalq tədbirlərin keçirilməsi üçün 231 mln. manat vəsait nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, səfirlik və diplomatik nümayəndəliklərin xərcləri üçün 230 mln. manat, beynəlxalq maliyyə institutlarının səhm kapitalında iştiraka görə 67,5 mln. manat, xaricdəki mədəniyyət mərkəzlərinin və ticarət nümayəndəliklərinin saxlanılması üçün 21,7 mln. manat və s. istiqamətlər üzrə təhsisatlar dövlət büdcəsində əks olunub.
Günay Şahmar, Bizim.Media