Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır. Beynəlxalq Təhsil Mərkəzi (BTM) gənclərin karyera planlaşdırılmasında strukturlaşdır
AZXEBER.COM xəbər verir ki, BTM-in sədri Ramal Şəmşədli tərəfindən təklif olunan layihə beynəlxalq təcrübəni özündə əks etdirir.
Layihənin əsas hədəfi gənclərin təhsil aldıqları müddətdə öz maraqlarını, bacarıqlarını və əmək bazarının tələblərini düzgün başa düşərək gələcəklərini qurmasına kömək etməkdir.
Layihədə məktəb və universitetlərdə Karyera Məsləhət və Dəstək Mərkəzlərinin yaradılması, praktiki təcrübə və şəbəkələşmə, mentorluq proqramlarının hazırlanması, işə hazırlıq seminarlarının təşkili kimi məsələlər öz əksini tapıb.
Bundan əlavə, gənclərin bacarıqlarını dəyərləndirmək üçün peşə testləri və maraqların qiymətləndirilməsi proqramlarının təşkili nəzərdə tutulur.
Gənclərin karyera planlaşdırması üçün xüsusi onlayn platformaların yaradılması da layihədə öz əksini tapıb.
Şagird və tələbələrin əmək bazarı ilə bağlı dəqiq məlumatlara yiyələnməsi üçün layihə çərçivəsində əmək yarmarkalarının, biznes planlaşdırma təlimlərinin təşkili nəzərdə tutulub.
Eyni zamanda gənclərin karyera imkanlarını genişləndirmək üçün rəqəmsal alətlərdən istifadə olunması və bu prosesdə valideynlərin rolunun gücləndirilməsi üçün maarifləndirici görüşlərin keçirilməsi layihədə öz əksini tapıb.