Beynəlxalq təqvimə yeni Qran pri turnirləri əlavə edilib

25.06.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Dünya Cüdo Turu təqvimi yeni turnirlərlə genişləndirilib.

İdman.biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) builki yarışlar siyahısına bir neçə yeni Qran-pri daxil edib.

Onlardan biri sentyabrın 26-28-də Qinqdaoda (Çin), digəri isə oktyabrın 10-12-də Limada (Peru) keçiriləcək. Qingdao bundan əvvəl 2013-2015-ci illərdə Qran Priyə ev sahibliyi edib.

Daha əvvəl Dünya Cüdo Turuna Meksikanın Qvadalaxara şəhərində keçiriləcək Qran-pri də əlavə olunmuşdu. Həmin yarış oktyabrın 17-19-da keçiriləcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью