Beynəlxalq təşkilat qlobal inkişaf proqnozunu aşağı salıb

27.03.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 27 mart, AZƏRTAC

Yaxın Şərqdə baş verən münaqişə artıq qlobal iqtisadi artımı tormozlamağa başlayıb. Hörmüz boğazının bağlı qalması isə inflyasiya riskini artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) son hesabatında bildirilib.

Təşkilat bildirir ki, 2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) artımı 2,9 faiz həddində planlaşdırılır. Halbuki, 2025-ci ildə artım 3,3 faiz olmuşdu. 2027-ci ildə isə 3 faizlik artım gözlənilir.

İƏİT-in ekspertləri geriləməni başlıca olaraq enerji qiymətlərinin artması ilə izah edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью