Beynəlxalq turistlərin sayı sürətlə artıb

28.07.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq turistlərin sayı artmaqda davam edir.

"Cebheinfo.az" xəbər verir ki, son altı ilin nəticələrinə əsasən, beynəlxalq turist sayında ən sürətli artım Yaxın Şərq və Şimali Afrika ölkələrində qeydə alınıb.

Araşdırmaya görə, Səudiyyə Ərəbistanı xarici turist sayını 67 faiz artıraraq siyahıya başçılıq edir. Mərakeş 53 faizlik, Misir isə 47 faizlik artımla ilk üçlükdə qərarlaşıb.

Cənubi Amerikada Braziliya və Kolumbiya da turist axınındakı əhəmiyyətli artımla diqqət çəkib. Asiyadan isə ilk onluğa daxil olan yeganə ölkə Yaponiya olub.
Pandemiyadan sonra bərpa prosesini böyük ölçüdə tamamlayan Avropada ən yüksək artım Norveçdə qeydə alınıb.

Ölkə beynəlxalq turist sayını 28 faiz artıraraq qitədə ən uğurlu nəticəni göstərib. Serbiya və Danimarka da turist axınının ən çox artdığı Avropa ölkələri sırasında yer alıb.

Eyni zamanda, Portuqaliya, İspaniya və Fransanın 2019-cu ildəki turist göstəricilərini üstələdiyi müəyyən olunub. Bununla belə, bəzi Avropa ölkələri hələ də pandemiyadan əvvəlki səviyyəyə çata bilməyib. 

Almaniyada beynəlxalq turist sayı 2019-cu illə müqayisədə 6 faiz, İtaliyada isə 5 faiz aşağı olaraq qalır.İrlandiya isə 32 faizlik azalma ilə pandemiyadan əvvəlki turist göstəricilərindən ən çox uzaqlaşan ölkələrdən biri olub.

Tədqiqatlar göstərir ki, dünyanın müxtəlif bölgələrində turizm sektorunun bərpası eyni templə getməyib. İsrail beynəlxalq turist sayında 71 faizlik azalma ilə ən böyük geriləmə yaşayan ölkə kimi qeydə alınıb. ABŞ və Kanada da hələ 2019-cu ilin turist göstəricilərinə çata bilməyib.

Bundan başqa, Tailand, Yeni Zelandiya, Avstraliya və İndoneziya da pandemiyadan əvvəlki turist sayını bərpa edə bilməyən əsas turizm istiqamətləri sırasında yer alır.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью