Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

17.07.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Özbəkistanın paytaxtı Daşkənddə fəaliyyət göstərən Beynəlxalq Türk Dövlətləri Universitetində ayrılan təqaüd proqramına ötən il 600-dən çox müraciət daxil olub. Seçilən 50 təqaüdün hamısını isə xarici ölkələrdən olan tələbələr qazanıblar.
Bizim.Media xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Dövlətləri Universitetinin rektoru Bahadır Turayev deyib.
Onun sözlərinə görə, ötən il universitetə qəbul üçün ayrılan 50 təqaüd Özbəkistan hökuməti tərəfindən maliyyələşdirilib. Bu il də eyni sayda təqaüdün ayrılması planlaşdırılır.
Rektor bildirib ki, gələcəkdə tələbələrin gəldiyi ölkələrin də bu prosesə qoşularaq öz vətəndaşları üçün təqaüd ayırması təklif edilib. O əlavə edib ki, bundan sonra təqaüdlərin tələbələrin akademik göstəriciləri əsasında verilməsi də nəzərdə tutulur.
Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью