Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Belçikada keçirilən cüdo üzrə Beynəlxalq Açıq Turnir yekunlaşıb. İkinci yarış günündə Azərbaycan cüdoçuları aktivlərinə daha 4 medal yazdırıblar.
Vise şəhərində baş tutan kişilərin mübarizəsində Yaşar Nəcəfov (66 kq) tatamiyə çıxdığı bütün görüşlərdən qalib ayrılaraq qızıl medal əldə edib. Eyni çəki dərəcəsində Tofiq Məmmədov (66 kq) bürünc mükafata layiq görülüb. Cəsur İbadlı (81 kq) da üçüncü yeri tutub. Herstal şəhərində təşkil olunan qadınların yarışında isə Gültac Məmmədəliyeva (52 kq) bürünc medala yiyələnib.
Beləliklə, Azərbaycan millisi turniri 3 qızıl, 2 gümüş və 6 bürünc olmaqla, ümumilikdə, 11 medalla başa vurub.
Qeyd edək ki, ilk yarış günündə Murad Muradlı (60 kq), Camal Feyziyev (+100 kq) qızıl, Əbil Yusubov (73 kq), Zelim Tçkayev (90 kq) gümüş, Fərid Qarayev (60 kq), Kamran Süleymanov (73 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc medal qazanmışdı.
Qabil YUSİFOĞLU
XQ