Beynəlxalq turnirdə 22 medal | Icma.az
Icma.az bildirir, Xalq qazeti portalına istinadən. Azərbaycan üzgüçüləri Açıq Estoniya Qış çempionatında yüksək nəticələr əldə ediblər.
Azərbaycanla yanaşı, Estoniya, Latviya, Litva, Ukrayna, Finladiyanın 35 klubundan 285 idmançının mübarizə apardığı beynəlxalq turnirdə komandamız 22 medal qazanıb.
Yarışda üzgüçülərimizdən Süleyman İsmayılzadə (3 qızıl, 2 gümüş medal), Oqtay Hüseynov (2 qızıl, 2 gümüş medal), Ramil Vəlizadə (1 qızıl, 2 gümüş, 1 bürünc medal), Əbdürrəhman Rüstəmov (1 qızıl, 1 gümüş medal), Fatimə Alkərəmova (2 gümüş, 1 bürünc medal), Səid Həmidov (2 gümüş medal), Rəşad Alquliyev və Məryəm Cavadova (hər ikisi 1 gümüş) fərqləniblər.
Süleyman İsmayılzadə 1500 metr məsafədə sərbəst üsulda 1-ci yeri tutmaqla yanaşı, həm də Estoniya rekordunu yeniləyib.
L.QURBANOVAXQ Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu