Beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq

01.09.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq.

Bakıvaxtı.az Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün keçiriləcək oyunlardan sonra yarımfinalçılar müəyyənləşəcək.

"Kür" komandası Özbəkistan millisi ilə üz-üzə gələcək. Qarşılaşma saat 17:00-da "AHF Arena"da start götürəcək. 

"Bakı" – "Qarabağ" matçı isə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, yarışın qalibi sentyabrın 3-də müəyyənləşəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью