Beynəlxalq turnirin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər FOTO

30.08.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bu gün Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnirə start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının (AHF) kollektivi və yarış iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью