Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu

11.10.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xankəndi, 11 oktyabr, AZƏRTAC

Təşkilatçılara, göstərdikləri dəstəyə görə Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Hər şey çox yüksək və ideal səviyyədə təşkil olunmuşdu.

AZƏRTAC xəbər verir ki, bu sözləri III Beynəlxalq Xankəndi Ultramarafonunun qalibi olan gürcüstanlı David Xarazişvili deyib.

O, dörd gün davam edən yarış ərzində hər mərhələdə birinci yeri tutaraq qalib gəldiyini xatırladıb: “192 kilometrlik məsafəni qət etmək mənim üçün bir ilk idi və kifayət qədər çətin keçdi. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Gələcəkdə də mütləq bu cür yarışlarda iştirak edəcəyəm”.

Operator - Ceyhun Mustafayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью