Beynəlxalq velosiped yarışı “Bakı Xankəndi”

08.10.2025

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) 2026-cı il mövsümü üçün beynəlxalq yarışların təqvimini açıqlayıb. Təqvim planında gələn il mayın 10-14-ü aralığında keçiriləcək Azərbaycan velosiped yarışı da yer alır.

Bundan sonra “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı adlanacaq və 5 mərhələdən ibarət olacaq idman tədbiri Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına aiddir.

Velosiped yarışının 1-ci mərhələsində iştirakçılar Bakı–Sumqayıt, 2-ci mərhələdə Bakı–Şamaxı–İsmayıllı, 3-cü mərhələdə Qəbələ–Şəki–Qəbələ, 4-cü mərhələdə Qəbələ–Mingəçevir–Gəncə, 5-ci mərhələdə isə Naftalan–Füzuli–Şuşa–Xankəndi marşrutu üzrə hərəkət edəcəklər.

Q.ƏLİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью