Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

27.05.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, 26 may – 1 iyun tarixlərində müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

? Güllə və stend atıcılığı üzrə gənclər arasında "ISSF Dünya Kuboku" – 19-29 may (Almaniya, Suhl);
? Akademik avarçəkmə üzrə U19 Avropa çempionatı – 21-26 may (Polşa, Kruşvisa);
? Kayak və kanoe üzrə gənclər, U23 üzrə beynəlxalq reqata – 21-26 may (Slovakiya, Bratislava);
? Qol güləşi üzrə Avropa çempionatı – 22-26 may (Estoniya, Tallin);
? Bədii gimnastika üzrə "24th İrina Deleanu Cup" – 22-26 may (Rumıniya, Brasov);
? Qılıncoynatma üzrə Avropa çempionatı (U23) – 24-27 may (Estoniya, Tallin);
? Boks üzrə böyüklər arasında beynəlxalq turnir – 25-30 may (Qazaxıstan, Astana);
? 100 xanalı dama üzrə beynəlxalq qrossmeyster norması ilə beynəlxalq turnir – 25 may - 2 iyun (İspaniya, Salou);
? Yelkən “Optimist” sinfi üzrə hazırlıq düşərgəsi və Avropa çempionatı – 25 may - 4 iyun (Türkiyə, Çeşme);
? Cüdo üzrə kodokan kata seminarı və imtahanı (kata üzrə milli komanda) – 26-28 may (Latviya, Riqa);
? Qolf üzrə yeniyetmələr arasında “World Junior Golf Championship” Avropa çempionatı – 27-29 may (Böyük Britaniya);
? Atletika üzrə Avropanın kiçik ölkələrinin oyunları – 27-31 may (Andorra, Andorra la Vella);
? Çimərlik güləşi üzrə U15, U17 və U20 Avropa çempionatı – 28-29 may (Xorvatiya, Poreç);
? Stolüstü tennis üzrə "WTT YOUTH CONTENDER" – 28-31 may (Özbəkistan, Daşkənd);
? Akrobatika gimnastika üzrə Dünya Kuboku – 28 may - 2 iyun (Bolqarıstan, Burqas);
? Badminton üzrə "YONEX Czech Youth International" – 29-31 may (Çexiya, Praqa);
?Sərbəst güləş üzrə böyüklər arasında reytinq xarakterli beynəlxalq turnir – 29 may - 1 iyun (Monqolustan, Ulanbator);
? Kayak və kanoe üzrə beynəlxalq reqata – 29 may - 1 iyun (Qazaxıstan, Uralsk);
? Akademik avarçəkmə üzrə Avropa çempionatı – 29 may - 1 iyun (Bolqarıstan, Plovdiv);
?Akademik avarçəkmə üzrə “Böyuk Moskva” beynəlxalq reqatası – 29 may - 1 iyun (Rusiya, Moskva);
? Gözdən əlillər üçün 64 xanalı dama üzrə Avropa çempionatı – 29 may - 9 iyun (Türkiyə, Kəmər);
? Karate 1 Premyer Liqa turniri – 30 may - 1 iyun (Marakeş, Rabat);
? Badminton üzrə "YONEX 3 Borders 2025" – 30 may - 1 iyun (Fransa, Saint Louis);
? Cüdo üzrə kişilər, qadınlar, gənc oğlanlar və qızlar arasında Avropa Kuboku – 30 may - 2 iyun (Bosniya, Sarayevo);
?Triatlon üzrə bütün kateqoriyalar arasında "Ordu Triatlon Türkiyə Kuboku" – 31 may (Türkiyə, Ordu);
? Cüdo üzrə gənc oğlanlar və qızlar arasında Avropa Kuboku – 31 may - 1 iyun (Avstriya, Qraz);
? Cüdo üzrə Avropa çempionatı (kata üzrə milli komanda) – 31 may - 1 iyun (Latviya, Riqa);
? Fullkontakt üzrə I Dünya çempionatı – 31 may - 1 iyun (Yaponiya);
? Çimərlik güləşi üzrə dünya seriyası – 31 may - 1 iyun (Xorvatiya, Poreç).

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью