Beyni silkələnən Alisson daha bir oyunu buraxacaq

03.04.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Liverpul"un qapıçısı Alisson Beker növbəti oyunda da komandasına kömək edə bilməyəcək.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı qolkiper millinin düşərgəsində olarkən beyin sarsıntısı keçirib.

İngiltərə Premyer Liqasının 30-cu turunda "Everton"la matçda meydana çıxmayan qapıçı "Fulhem"lə qarşıdan gələn oyunu da buraxacaq. "Fulhem" - "Liverpul" matçı aprelin 6-da keçiriləcək.

Qeyd edək ki, Alisson Beker bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 28 matçın 12-də qapısını toxunulmaz saxlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью