Beynin qocalmasını yavaşlatmağın yolu

24.10.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həkim beyin qocalmasını yavaşlatmağın əsas yollarından birini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, “Tibb” ASC-nin (Akademik Roytberq Klinikası) terapevti və peşə patoloqu Svetlana Burnatskaya beyin qocalmasını yavaşlatmağın ən vacib, lakin çox vaxt diqqətdən kənarda qalan yollarından birinin keyfiyyətli və müntəzəm yuxu olduğunu bildirib.

Həkim Lenta.ru-ya açıqlamasında qeyd edib ki, beyin qocalması müəyyən yaşdan sonra qəfil başlamır və bu prosesə insanın həyat tərzi ciddi təsir göstərir.

Onun sözlərinə görə, yuxu zamanı beyin yalnız gün ərzində yaranan yorğunluqdan xilas olmur. Bu müddətdə sinir sisteminin normal fəaliyyətini qorumağa və metabolik tullantıların xaric edilməsinə kömək edən proseslər də aktivləşir.

Burnatskaya vurğulayıb ki, araşdırmalar xroniki yuxu çatışmazlığını yaddaşın zəifləməsi və gələcəkdə idrak pozğunluqları riskinin artması ilə əlaqələndirir. Buna görə də yuxu iş və ya əyləncə naminə qurban verilməməlidir.

Həkim bildirib ki, yuxunun müddəti ilə yanaşı, onun rejimi də mühüm əhəmiyyət daşıyır. Yatma vaxtının tez-tez dəyişdirilməsi, iş günlərində az yatmaq və həftəsonları uzun müddət yatmaqla bu çatışmazlığı kompensasiya etməyə çalışmaq sağlam strategiya hesab edilmir. Onun fikrincə, sabit yuxu rejimi beyin üçün daha faydalıdır.

Burnatskaya əlavə edib ki, kifayət qədər yuxu ilə yanaşı, müntəzəm fiziki fəaliyyət, qan təzyiqinə və digər damar risk faktorlarına nəzarət, balanslı qidalanma, sosial əlaqələrin qorunması və zehni aktivlik də beyin sağlamlığının uzun müddət saxlanmasına kömək edir.

Həkim yekunda qeyd edib ki, beyni cavanlaşdıran xüsusi bir qida və ya idman növü axtarmaqdansa, gündəlik sağlam vərdişlərə üstünlük vermək daha vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью