Beyninə qan sızmış Kadir İnanırdan xəbər var | Icma.az
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mart ayında beynindəki laxtalanma nəticəsində əməliyyat olunan Kadir İnanır həkimi icazə verdikdən sonra evə qayıdıb.
Lent.az-ın türkiyə mediasına istinadən xəbərinə görə, bir həftə evdə qalacaq "Yeşilçam"ın ustasının yenidən xəstəxanaya dönüb-dönməyəcəyi analizlərdən sonra bəlli olacaq.
Ustad aktyor Kadir İnanır martın 24-də beynindəki laxtalanma səbəbindən insult keçirdiyi üçün əməliyyat olunduqdan sonra ehtiyat məqsədilə intubasiya edilib.
Aprelin 1-də müalicəsi yaxşılaşdığı üçün reanimasiyadan çıxarılan İnanır aprelin 4-də evə buraxılıb.
İnanır keçən avqust ayında ağciyərində yaranan infeksiyaya görə yenidən müalicə almağa başlayıb.
Koç Universiteti Xəstəxanasında müalicə alan aktyor həftənin əvvəlində həkiminin ona icazə verməsindən sonra evə qayıdıb.
O bir həftə evində qalacaq. İnanırın xəstəxanaya qayıdıb-qayıtmayacağı təxminən bir həftə sonra ediləcək analizlərdən sonra müəyyənləşəcək.
Tam oxu
Xəbəri oxu