Beyninizi cavan saxlamağın yolları

02.10.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Beynin qocalması təbii proses olsa da, onun sürətinə həyat tərzi, fiziki və zehni fəaliyyət, yuxu, qidalanma və xroniki xəstəliklərin nəzarətdə saxlanılması təsir göstərə bilər.

“Cebheinfo.az” xəbər verir ki, Medin Tibb Mərkəzinin nevroloqu Olqa Butenkonun sözlərinə görə, beyinə qulluq etmək unutqanlıq və digər yaddaş problemləri ortaya çıxdıqdan sonra deyil, daha erkən yaşlardan başlamalıdır.

O bildirib ki, beynin qocalmasını tamamilə dayandırmaq mümkün deyil:

“Lakin ürək-damar sisteminin sağlamlığının qorunması, düzgün qidalanma, fiziki aktivlik, təhsil və sosial fəaliyyət bu prosesin daha yavaş getməsinə kömək edə bilər”.

Nevroloq beyin sağlamlığı üçün müntəzəm fiziki fəaliyyəti xüsusilə vacib hesab edir.

Siqaretdən uzaq durmaq, yüksək təzyiq, diabet və lipid mübadiləsi pozğunluqlarını nəzarətdə saxlamaq da tövsiyə olunur.

Yuxunun da beyin fəaliyyətində mühüm rolu olduğu qeyd edilir. Yuxu zamanı beyin gün ərzində əldə edilən məlumatları emal edir və yeni məlumatların yaddaşda möhkəmlənməsinə kömək edir. Xroniki yuxu çatışmazlığı isə yaddaş və diqqətə mənfi təsir göstərə, emosional vəziyyətə də təsir edə bilər.

Həkim həmçinin beynin daim yeni məlumat və fəaliyyətlə stimullaşdırılmasının vacibliyini vurğulayıb:

“Hər gün eyni tip krossvordları həll etməkdənsə, yeni bacarıqlar öyrənmək daha faydalı ola bilər. Xarici dil öyrənmək, musiqi alətində ifa etmək, yeni iş və ya məişət bacarığı qazanmaq, mütaliə etmək və səyahət etmək beynin idrak ehtiyatının formalaşmasına kömək edə bilər”.

Mütəxəssislər qidalanmaya da diqqət yetirməyi tövsiyə edirlər.

Daha əvvəl dietoloq Sofiya Kovanova demensiya riskinin azaldılması baxımından qoz-fındıq və yağlı balığın rasiona daxil edilməsini məsləhət görüb.

Aişə
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью