Beyond the Sky” turnirdən 6 medalla İdman və Biz

06.12.2024

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan yığması Özbəkistanın paytaxtı Daşkənddə batut gimnastikası üzrə yarışda uğurlu çıxış ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, dekabrın 3-də start götürən“Beyond the Sky” turnirdə 6 medal qazanıb.

Təmsilçilərimiz iki qızıl, bir gümüş və üç bürüncə sahib çıxıblar. Şəxsi yarışlarda Əli Niftəliyev fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ammar Baxşalıyev ikinci, Samirə Hüseynova isə üçüncü olub.

Sinxron çıxışda Şəfiqə Hümbətova-Ayan Şabanova cütü qızıl medala sahib olub. Nicat Mirzəyev-Amil Abbasov və İbrahim Mustafazadə-Fərhad Mustafayev bürünclə kifayətləniblər.

Qeyd edək ki, yarış dekabrın 7-də başa çatacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью