Beyons “Qremmi” tarixində rekord qırdı 100 cü dəfə namizəd oldu

20.11.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beyons “Morning Dew (Donk)” mahnısı ilə “Ən yaxşı solo R&B ifası” nominasiyasında “Qremmi” mükafatına namizəd olub.

“Yeni Sabah” xəbər verir ki, bu namizədliliklə amerikalı müğənni “Qremmi” tarixində 100 dəfə namizəd göstərilən ilk musiqiçi kimi tarixə düşüb.

Sözügedən nominasiyada onun rəqibləri arasında Kehlaninin “Out The Window”, Viktoriya Monenin “Let Me”, Cil Skottun “Pressha” və Temsin “What You Need” mahnıları da yer alıb. Elektronika məhsulları

Digər tərəfdən, britaniyalı müğənni Rey 11 nominasiya üzrə namizəd göstərilərək bir qadın ifaçının bir mərasimdə əldə etdiyi ən yüksək nominasiya sayına çatıb. Ötən il Beyons da eyni sayda nominasiya qazanmışdı.

69-cu “Qremmi” mükafatlarının təqdimetmə mərasimi 7 fevral 2027-ci ildə keçiriləcək.

Aydan Hacı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью