525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Musiqi dünyasının ən nüfuzlu mükafatlarından biri hesab edilən 2027-ci il Qremmi Mükafatlarına namizədlər açıqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 69-cu Qremmi Mükafatlarında "Ən Yaxşı Solo R&B Performansı" kateqoriyasında yarışacaq dünyaca məşhur müğənni Beyons tarixə düşüb. Amerikalı musiqiçi bu nüfuzlu mükafata 100 dəfə namizəd göstərilən ilk sənətçi olub.
Britaniyalı müğənni Rey isə 11 nominasiyada namizəd olmaqla Beyonsun 2025-ci ildəki göstəricisini təkrarlayıb.
Qeyd edək ki, 2027-ci il Qremmi mükafatlandırma mərasimi 7 fevralda Los-Ancelesdəki “Crypto.com Arena”da keçiriləcək.
İbrahim Cəfərov