Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
13 yaşlı qızı zorlaması barədə ittihamlardan sonra Jay-Z heç nə olmamış kimi davranır və müxtəlif tədbirlərə qatılır.
Qeyd edək ki, prodüserin həyat yoldaşı Beyonsenin də onu tək qoymadığı diqqətdən yayınmayıb.
Belə ki, ulduz ailə qızları Blyu Ayvi ilə birlikdə "Mufasa: The Lion King" filminin premyerasında iştirak edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" xəbər yayıb.
Bildirilir ki, tədbirdə onları Beyonsenin anası Tina Noulz müşayiət edib.
O da məlumdur ki, reperin vəkili artıq məhkəmədə qarşılıqlı iddia qaldırıb.
Jay-Z onu ittiham edən şəxsin öz adını açıqlamasını, həmçinin, onun şərəf və ləyaqətini ləkələməyi dayandırmasını tələb edib.