Icma.az bildirir, Axsham.az portalına istinadən.
Dünya şöhrətli müğənni Beyonsun müəllif hüquqlarını pozduğu iddia olunur.
Axşam.az xəbər verir ki, prodüser Syudzi Hirous sənətçinin “Alien Superstar” mahnısında onun “Moonraker” bəstəsinin danışıq girişindən bir hissədən icazəsiz götürdüyünü iddia edib. O, məhkəməyə üz tutub.
İddianı Hirous Enterprise şirkəti qaldırıb. Hirous “Moonraker” əsərinin hüquq sahibi olduğunu bildirib. Beyonsdan başqa, mahnının buraxılışı ilə əlaqəli bir neçə musiqi şirkəti də cavabdeh qismində göstərilib.
Məhkəmə sənədlərində mahnının hansı hissəsinin icazəsiz istifadə edildiyi və iddiaçının nə qədər təzminat tələb etdiyi açıqlanmayıb.
Qeyd edək ki, bu, Beyonsun müəllif hüquqlarının pozulması ilə bağlı ittihamlarla üzləşdiyi ilk hal deyil. Bununla belə, əvvəlki oxşar iddiaların bir çoxu məhkəmə araşdırmasına qədər gedib çıxmayıb.