Beyonsun konsertində qızlar saçyolduya çıxdı FOTOlar

01.05.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyaca məşhur müğənni Beyonsun yeni "Cowboy Carter" turunun açılış gecəsində gözlənilməz hadisə baş verib.

Milli.Az "Haberler"ə istinadən xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında yerləşən SoFi Stadionunda keçirilən konsertdən sonra VIP zonasındakı bir qrup qadın arasında fiziki qarşıdurma yaşanıb.

Kovboy dres kodlu geyimlərdə olan qadınlar əvvəlcə mübahisəyə başlayıb. Ancaq mübahisə, bir qadının digərinin kovboy papağını başından atması ilə qızışıb və əlbəyaxa davaya çevrilib. Hadisə yerindən çəkilən görüntülərdə, kot köynək və ağ kovboy çəkmələri geyinmiş bir qadının başqa bir qadını yerə itələdiyi və onun yenidən ayağa qalxmağa çalışarkən təkrar hücuma məruz qaldığı görünür. Qısa müddətdə daha üç qadın davaya qoşulub və onlardan biri də yerə yıxılıb.

Sözü gedən görüntüləri təqdim edirik:

Kənan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью