Beyrutda erməni iş adamı öldürüldü FOTO

16.01.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Livanlı erməni biznesmen Vaçe Arslanyan Beyrutda öldürülüb.
Mənbənin məlumatına görə, faciə paytaxtın Əşrəfiyə rayonunda baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Arevelk nəşri yazıb.
Bəzi məlumatlara görə, qətlin motivi quldurluq olub. Arslanyan evində bağlanaraq döyüldükdən sonra öldürülüb.
Qətlin başqa təfərrüatları açıqlanmayıb. Qətl zamanı ailə üzvlərinin evdə olmadığı qeyd edilir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью