Beyrutda güclü partlayış baş verdi

02.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Livanın paytaxtı Beyrutun şərqində pirotexnika saxlanılan anbarda güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayışdan sonra anbarda güclü yanğın başlayıb.

Yanğın nəticəsində binanın bir neçə mənzilinin eyvanına da alov keçib.

Livan Mülki Müdafiə Xidmətinin əməkdaşları yanğını nəzarətə götürüblər. Alovun yenidən yayılmasının qarşısını almaq üçün soyutma işləri davam etdirilib.

Hadisə nəticəsində xəsarət alanlar və dəymiş ziyanın miqyası barədə məlumat verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью