Beyrutda hava limanı yaxınlığına zərbələr endirildi

06.11.2024

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

İsrail qırıcıları Beyrutun Rafik Hariri Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən cənub bölgələrinə zərbələr endirib.

“Ölkə.az” xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış səsləri hava limanının uçuş zolağından bir neçə yüz metr aralıda eşidilib.

Bildirilir ki, güclü zərbələrə baxmayaraq, Beyrut hava limanı adi qaydada fəaliyyətini davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью