Beyrutda “Hizbullah”ın komandanlıq mərkəzi vuruldu

03.03.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

İsrail ordusu Beyrutda “Hizbullah” hədəflərinə zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Livanın paytaxtı Beyrutda “Hizbullah”a məxsus bir sıra hədəflərə zərbələr endirilib.

Ordunun yaydığı ilkin məlumata görə, hücumlar təşkilatın komandanlıq mərkəzləri və silah anbarlarını hədəf alıb. Əməliyyat çərçivəsində bir neçə obyekt vurulub.

Qurum əlavə məlumatların daha sonra ictimaiyyətə təqdim olunacağını qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью