Beyrutda SEPAH a bağlı şəxs öldürüldü

01.04.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

İsrailin Beyrutun Zahiyyə bölgəsinə hava hücumu nəticəsində 3 silahlı həlak olub, 7-i isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Məlumata görə, ölənlər arasında Hizbullah üzvü və SEPAH-ın Qüds qüvvələrinin Livandakı məsul şəxslərindən olan Həsən Bədir də var.

Həsən Bədir Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymani və hazırkı komandan İsmail Qaaniyə yaxın şəxs olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью