Bəzən ayağa qalxmaq üçün sillə yemək yaxşldır

14.06.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə dünya çempionatında bu gün keçirdiyi ilk oyunda Avstraliya seçməsinə 0:2 hesabı ilə uduzan Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Hürriyet" belə çatdırıb:

"Heç kim yeniləcəyimizi gözləmirdi. Rəqibin iki uzun ötürməsi qapımıza vurulan qollarla nəticələndi. Belə sonluğa layiq deyildik. Rəqibdən daha yaxşı oynamaq da, məğlub olduq.

Əlbəttə, dünya çempionatına məğlubiyyətlə başlamaq yaxşı olmadı. Amma bəzən ayağa qalxmaq üçün sillə yemək yaxşıdır. Hər birimiz daha yaxşı, daha intizamlı oynamalıyıq. Bizim üçün heç nə bitməyib. Qarşıda daha iki qrup oyunumuz var".

Qeyd edək ki, Türkiyə millisi D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparır.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью