Bəzən dilləri çaşaraq mənə “cənab hakim” deyə müraciət edirlər Hakim Rübabə Qafarova MÜSAH…
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suraxanı Rayon Məhkəməsinin hakimi Rübabə Qafarova Milli.Az-a müsahibə verib - Rübabə xanım, insanlar hakimləri adətən mediada deyil, məhkəmə zallarında görürlər.
Bu baxımdan öncə sizi geniş ictimaiyyətə, izləyicilərimizə tanıdaq. Rübabə Qafarova kimdir?
- Mən 1984-cü ildə həkim ailəsində anadan olmuşam. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pillələrinin qırm
İlk fəaliyyətimə bank olmayan kredit təşkilatında başlamışam.
Daha sonra Azərbaycanda ipoteka kreditləşməsinin tətbiqinə başlandığı ilk illərdə Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunda (indiki Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu) çalışmaqla bu sistemin ölkəmizdə formalaşdırılması prosesinin iştirakçısı olmuşam.
Hakimlik zirvəsinə yüksələnə qədər son olaraq "PAŞA Sığorta" ASC-də çalışmaqla dürüstlük, keyfiyyət və əməkdaşlıq kimi korporativ dəyərləri olan və bu dəyərlər üzərində qurulmuş strategiyaya uyğun fəaliyyət göstərən aparıcı bir qurumun üzvü olmaq şansına sahib olmuşam.
Qeyd edim ki, bu illərdə yiyələndiyim dəyərlərə sonrakı fəaliyyətimdə də sadiq qalmaqda israrlıyam.
Tam oxu
Xəbəri oxu