Bəzən futbolçu məşqçinin oyun tərzinə uyğun gəlmir Vasili Berezutski | Icma.az
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Sumqayıt"la 0:0 hesabı ilə bərabərə qaldığı oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: - Danışmaq bizim üçün çətindir.
Bu gün həqiqətən də yaxşı oynadıq, topa nəzarət edən tərəf biz idik. Çoxlu qol fürsətləri yaratdıq. Amma bunlardan yararlana bilmədik.
Çalışmağa davam edəcəyik. - Hücumçuların son oyunlarda məhsuldarlığının aşağı olmasının səbəbi nədir?
- Eniş o zaman deyə bilərik ki, yetərincə qol fürsətləri yaratmırsan. Bəzən buna psixologiya ilə kömək edirlər.
Bu gün çoxlu qol epizodları yaratdıq. Bəzən daha keyfiyyətli çıxış edə bilərdik. - Qol vurmaq üçün başqa nə çatmadı?
- Təkrar edirəm, bu gün üstünlük, oyuna nəzarət bizdə idi. Rəqibin cərimə meydançasında 5-6 qol fürsətimiz oldu. Futbolda belə hallar olur.
Tam oxu
Xəbəri oxu