Bəzən heç nə etməmək sağlamlıq üçün vacibdir MÜTƏXƏSSİS

06.02.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Biotibb mütəxəssisi və qabaqcıl müalicə metodları üzrə ekspert Marta Trillo bildirib ki, bəzən heç nə etməmək insan sağlamlığı üçün zəruridir.

Redaktor.az xəbər verir ki, o, bu barədə "20minutos" nəşrinə açıqlamada danışıb.

Trillonun sözlərinə görə, müasir insanlar daim məhsuldar olmağa öyrəşiblər: vaxtlarını maksimum səmərə ilə istifadə etmək üçün böyük planlar qurur, bir dəqiqəni belə boşa verməməyə çalışırlar. Nəticədə isə beyin fasiləsiz işləyir və istirahət imkanı tapmır.

Mütəxəssis vurğulayıb ki, fəaliyyətsizlik də əslində vacib bir prosesdir, çünki bu zaman orqanizm tam bərpa üçün lazım olan imkanları əldə edir. Onun sözlərinə görə, idmandan, aktiv sosial həyatdan, işdən və digər məşğuliyyətlərdən uzaq qalınan istirahət dövrlərində DNT gün ərzində yarana biləcək mutasiyaları aradan qaldırır.

Eyni zamanda Trillo qeyd edib ki, yüksək yüklənmə və daimi stress həm fiziki, həm də psixoloji problemlərə yol aça bilər. Buna görə də mütəxəssis vaxtaşırı dincəlməyin və özünə zaman ayırmağın vacibliyini xüsusi olaraq vurğulayıb.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью