Bəzən məni anlamırlar Məleykə Əsədova

10.01.2025

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Xalq artisti Məleykə Əsədova qızı Gülərlə birlikdə ABŞ-də istirahət edir.

Axşam.az-ın məlumatına görə, aktrisa övladı ilə paylaşıdığı fotolara bunları yazıb:

"Dəniz və mən. Dənizə və göylərə baxmağı çox sevirəm. Qəlbimin içində nə səslər varsa, həmin pıçıltı ilə göylərə baxıb danışıram. Çox duyğusalam, bəzən dəniz tək təlatümlü oluram. Bir sözlə, göylər qədər saf dünyam var. Mənim ruhda olan insanlar məni başa düşər. Amma bəzən məni anlamırlar. Eh, yenə boş verək! Allahımıza sığınaq! Allah ən gözəlini biləndir!".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью