Bəzən qadın uşağını öz burnuna qurban verir Həkim

10.06.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Bəzən qadınlar gələcəyin bir həkimini, yaxud alimini öz burunlarına, öz komplekslərinə qurban verir.

Axar.az xəbər verir ki, bu sözləri lor cərrah Natiq Qarayev deyib.

“Söhbət laktasiya (südvermə) dövründə burunlarını əməliyyat etdirmək üçün müraciət edən qadınlardan gedir. Belə ki, əməliyyat zamanı və əməliyyatdan sonrakı müddətdə qəbul edilən preparatlar ana südü vasitəsilə körpələrin orqanizminə sirayət edir. Bu da körpələrdə əqli və fiziki inkişafın ləngiməsinə səbəb olur.

Bu müddətdə qadınlara əməliyyat etdirməməyi tövsiyə edirəm”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью