“Bəzən səbrimi saxlaya bilmirəm” Qurbanov komandanın yenilənməsindən DANIŞDI + VİDEO | Icm…
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun komandasının heyətinin yenilənməyə ehtiyacı olduğu ilə bağlı sualı cavablayıb.
Sfera.az xəbər verir ki, təcrübəli çalışdırıcı bəzi futbolçuların artıq yorulduğu ilə bağlı deyilənlərdən danışıb.
O bu cür halların futbolda baş verdiyini bildirib: “Bu, futbolda rast gəlinən təcrübədir. Uğurdan deyil, uzun illərin yorğunluğu olur.
Hamımız uğur əldə etmək istəyirik. Bəzən psixoloji amillər insana mane olur.
Yenilənməyə gəlincə, biz futbolçuların gəlməsinə çalışırıq, yeni oyunçuların olmasına can atırıq.
Yaşlı futbolçulara gəlincə, onlar bəzən digərlərinə nümunə olur. Bizim komandada Ansi Aqolli var idi.
Onun bir dəfə olsun istəksiz məşqə çıxdığını görmədim. İndiki heyətdə Abdullah Zubiri misal çəkmək olar.
Tam oxu
Xəbəri oxu