Bəzən sevgi əzaba çevrilir

28.08.2025

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ancaq bir insanı sevə bilərsən. Sənin eyni ruhu olan insandan xoşun gələ bilər. Amma sevginin qapısı bir dəfə açılır. Amma qalan sonrakılar yaşantılardır".

Axşam.az xəbər verir ki, bu sözləri xalq artisti Nurəddin mehdixanlı aparıcı Fəxriyyə Lilparın "Xəzərin sahilində" verilişində deyib. Sevgidən danışan aktyor bunları əlavə edib:

"Bəlkə də gənclikdə biz hisslərin əsiri olur, sevginin nə olduğunu bilmirik. Onun oduna tutuşuruq. Əslində bunu dərk etmirik. Yaşa dolduqca anlayırsan ki, sevgi nədir. Sevənlər daim xoşbəxt olur? Yox... Bəzən bir-birini dəli kimi sevənlər elə həddə çatır ki, sevgiləri onlar üçün əzaba çevrilir"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью