“Bəzi analı atalı uşaqlardan fərqli olaraq, taleyini öz əllərinlə yazdın” FOTO

30.01.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı həyat yoldaşı , müğənni Doğuşla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, aparıcı “Survivor”da yarışan həyat yoldaşı ilə ailə fotosunu paylaşıb.
X. Hidayətqızı Doğuşla bağlı bunları yazıb: “Sən Orxan adıyla uşaq evinə düşdün, amma Doğuş olaraq yenidən doğuldun. Səninlə qürur duyuruq. Uşaq evlərində, küçələrdə tək və tənha mübarizə apardın. Bəzi analı-atalı uşaqlardan fərqli olaraq, taleyini öz əllərinlə yazdın, özünü yaratdın, adını dünyaya tanıtdın. Kimsəsiz bir uşağın uğur dolu hekayəsini tarixə çevirdin. Yüzlərlə hit mahnınla milyonların qəlbini fəth etdin. Bir çoxlarının bacarmadığını bacardın.
Sən mərhəmətli, vicdanlı və böyük qəlbli bir insansan. Biz - sənin ailən, səni çox sevirik. Bəli, sənin üçün darıxırıq, səninlə birlikdə həyəcanlanır, bəzən əsəbiləşirik, amma bir şeyi heç vaxt unutma: Biz hər zaman sənin yanındayıq”.

Sara, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью