Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək XƏBƏRDARLIQ

19.08.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 20-si gündüzdən başlayaraq 21-i gündüzədək Azərbaycanın şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə AZƏRTAc-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью