Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi

18.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ölkə üzrə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) martın 18-də keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov açıqlayıb.

O bildirib ki, MSK-nın müvafiq qərarlarına əsasən, 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci, 79 saylı Astara dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Qərarlar iclasda ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью