Bəzi dərmanlar satışdan kənarlaşdırıldı SƏBƏB

02.07.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyunda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ümumilikdə 68 aptekdə yoxlama aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə AEM məlumat yayıb.
Yoxlamalardan 58-i Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 56-sı planlı, 12-si isə plandankənar olub.
Yoxlamaların nəticələrinə əsasən, 10 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.
 

Aşkarlanmış pozuntularla bağlı saxlanma şəraitinin tələblərinə əməl edilmədiyinə görə 11 adda ümumilikdə 38 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb.


İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq 9 inzibati protokol tərtib olunub.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью